2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 mlrd. manata bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2015-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
30 190,3 |
101,5 |
o cümlədən: |
||
ərzaq məhsulları, içkilər və tütün məmulatları |
15 077,4 |
102,1 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
5 244,8 |
100,9 |
elektrik malları və mebel |
1 912,9 |
101,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
234,8 |
101,4 |
əczaçılıq və tibbi mallar |
419,8 |
101,9 |
avtomobil yanacağı |
1 681,5 |
98,4 |
digər qeyri-ərzaq məhsulları |
5 619,1 |
101,4 |
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.