Dünyanın ən böyük suveren fondu olan Norveç Pensiya Fondu (NBIM) özünün neft-qaz sahəsindəki bütün aktivlərini satıb.
Eləcə də bax: Neft şirkətləri ilə bağlı «mənfi gözləntilər» başlandı
FED.az xəbər verir ki, Norveçin Dövlət Pensiya Fondu, hansı ki, 1 trilyon dollar vəsaiti idarə edir və dünyanın ən byöük suveren fondu sayılır, özünün neft-qaz sahəsinə yatırılmış bütün aktivlərini satıb. Bu barədə fondun baş direktoru Trond Qrand bildirib.
O bildirib ki, bu qərarı bütün dünyada neft və qazla bağlı aktivlərin dəyərinin azalması ilə bağlıdır. Belə ki, fondun bu sahəyə aid olan aktivləri 2020-ci ildə 10 milyard dollar dəyər itirib.
Ümumilikdə isə fond 2020-ciili son 20 ildə ən yaxşı göstəricilərlə başa vurub. 2020-ci ildə fondun vəsaitləri 12,1% və ya 124 milyard dollar çoxalıb. Fondun belə yüksək gəlir əldə etməsi onun texnoloji şirkətlərə yatırımları ilə bağlı olub. Neft şirkətlərinin səhmləri ucuzlaşdığı bir vaxtda texnoloji şirkətlərin səhmlərində sıyrayışlı artım baş verib.