Beynəlxalq kredit reytinq agentliyi «S&P Global Ratings», neft sənayesindəki ən böyük şirkətlərin reytinq proqnozlarını aşağı endirib.
FED.az xəbər verir ki, neft sənayesinin iqlim dəyişikliyi səbəbiylə "risk altında olduğunu" bildirən təşkilat, neft şirkətlərinin həftələr içində kredit reytinqlərini azalda biləcəyinə işarə edib.
«S&P Global Ratings», neft sənayesinin iqlim dəyişikliyi səbəbiylə risk altında olduğunu və dünyadakı ən böyük neft şirkətlərinin reytinq görünüşünü mənfi hala gətirdiyini açıqlayıb.
Təşkilatın reytinq proqnozunu mənfiyə çevirdiyi şirkətlər arasında Exxon Mobil Corp., Chevron Corp., Royal Dutch Shell Plc., BP Plc. və başqaları var.
Neft şirkətlərinin "enerji sektorundakı çevrilmədən qaynaqlanan çətinlik və qeyri-müəyyənliklərlə" qarşılaşdığını qeyd edən Agentlik, bu çevrilmənin "xüsusilə kapitalın gəlirliliyinə gəlirliliyə təzyiq göstərdiyini" söylədi.
S&P-nin qərarının kredit bazarlarına və səhmlərinə təsir edərək neft sənayesi ilə bağlı narahatlıqları artıracağı gözlənilir.