Bu gün Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Əldə edilən məlumata görə A.Priqojinanın səfəri noyabrın 8-dək davam edəcək. Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir.
A.Priqojina həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil edəcəyi konfransa qatılacaq.
Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycanda oktyabrda olub.