Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı “Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – Faza 2” (FSMP2) ikinci missiyasının nəticələrinə dair Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Palatadan FED.az-a verilən xəbərə görə, görüş zamanı FSMP2 layihəsinin icrasının uğurla davam etdiyini vurğulayan R.Aslanlı, layihə çərçivəsində bank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni formatı və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımları yüksək qiymətləndirdiyini bildirib.
Missiya üzvləri prudensial siyasət və metodologiya sahəsində yaradılan yeni layihənin mövcud metodoloji rəhbərliklə müqayisədə xeyli praktik olduğunu bildiriblər və bu istiqamətdə müvafiq tövsiyələr veriblər.
Görüşdə FSMP2 layihəsinin ikinci missiyası çərçivəsində ümumilikdə görülmüş işlərlə bağlı hər iki qurum tərəfindən məmnunluq bildirilib.
Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə edilib
12:21
10 Aprel 2017