Dünya Bankı Qrupu "Business Ready" (B-Ready)"Doing Business" Layihəsinə start verir.
"Doing Business" hesabatında Azərbaycanla bağlı məlumatı - KİMLƏR SAXTALAŞDIRIB?
FED.az xəbər verir ki, dərci dayandırılmış "Doing Business" hesabatını "Business Ready" əvəz edəcək və ölkələrin biznes və investisiya mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslı yanaşmanı təmin edəcək. Qeyd edilib ki, 2024-cü ilin yazında dərc olunacaq ilk buraxılışında "Business Ready" hesabatı 54 iqtisadiyyatı əhatə edəcək.
Növbəti 3 il ərzində hesabata 180 ölkənin daxil edilməsi nəzərdə tutulur. "Business Ready" hər hansı şirkətin fəaliyyətinin başlanma, davam etmə, bağlanma və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazarda rəqabət, mübahisələrin həlli və müflisləşmə. (Apa)