Dünya Bankı bu gün ölkələrin əsas hesabatlılıq qurumlarından birinin gücləndirilməsi məqsədi daşıyan, Ali Audit Qurumlarının ( AAQ ) 2021-ci il üzrə Müstəqillik İndeksinin Qlobal Hesabatını təqdim edib.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın postneft dövrü üçün prioritetlərini - Açıqlayıb
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının ali audit qurumlarının müstəqilliyinə dair dərc etdiyi yeni renkinqdə deyilir. 118 AAQ arasında Azərbaycan Hesablama Palatası yüksək hüquqi və fəaliyyət müstəqilliyi olan təşkilatlar arasında yer alıb.
Bu qiymətləndirmə dövlət proqramları, siyasətləri, fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinin təmin olunması və vətəndaşlar və maraqlı tərəflər arasında etimadın gücləndirilməsi istiqamətində səyləri əks etdirir.
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasına Dünya Bankı tərəfindən 9-9,5 bənd səviyyəsində ("yüksək") indeks qiymətləndirilməsi verilib. (Apa)