Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın Azərbaycana səfəri çərçivəsində Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyəti qiymətləndiriləcək. Bu barədə ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Dünya Bankının missiyası rəhbərlik etdiyi qurumun fəaliyyətinin Əmanətlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiyanın 16 prinsipinə uyğun olub-olmadığını nəzərdən keçirəcək. Monitorinqdən sonra, fonda bununla bağlı müəyyən tövsiyyələrin veriləcəyi istisna deyil.
Xatırladaq ki, Dünya Bankından olan nümayəndə heyəti fevralın 19-dan martın 1-dək Azərbaycanda səfərdə olacaq.