Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2024-cü ilin büdcəsinə daxilolmalar 558,2 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 237 milyon manat və ya 1,7 dəfə, 2022-ci ilin icrası ilə müqayisədə 427,6 milyon manat və ya 4,3 dəfə çoxdur.
Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz - 74% ARTIRILIR
FED.az xəbər verir ki, bu, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
Qeyd edilib ki, cari ilin proqnozuna nisbətən artıma səbəb ARDNŞ üzrə dividend ödənişlərinin 208 milyon manat artırılaraq 408 milyon manat nəzərdə tutulması ilə əlaqədar olmuşdur.