Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı məlumat yayıb.
Azərbaycanda valyuta hərraclarındakı satış - 43%-DƏK AZALIB
Fonddan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin yanvar ayı ərzində 188,5 milyon ABŞ dolları, fevral ayı ərzində 356,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.