Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 929,1 milyon ABŞ dolları məbləğində satış olub.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,8 % azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 384 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 27 % azdır.