Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 194 938,90 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 312,24 min manat yaxud 88,12% çoxdur.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25 879,46 min manat yaxud 110,40% (2,1 dəfə) artaraq 50 482,40 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 59 788,91 min manat yaxud 77,75% artaraq 136 690,00 min manat, aksizlər üzrə 3 237,78 min manat yaxud 152,44% (2,5 dəfə) artaraq 5 361,80 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 245,59 min manat və ya 107,81% yaxud 2,1 dəfə artaraq 2 404,70 min manat təşkil edib.