Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) Türk Lirəsi (TL) biznes kreditlərinin istifadəsi üzrə tətbiq etdiyi yeni şərtlərlə bağlı xəbərlərin ardından dollar/TL məzənnəsi 4%-ə qədər geriləyərək 17-dən aşağı düşüb (Dollar ucuzlaşıb, Türk Lirəsi bahalaşıb)
FED.az xəbər verir ki, dollar/TL məzənnəsi 16,92 lirə səviyyəsinə düşüb. Ötən gün ərzində məzənnə 17-nin üzərində idi.
Axşam saatlarında Bank Tənzimləmə və Nəzarət Agentliyi TL biznes kreditləri üçün yeni şərtlərin tətbiq edildiyini açıqlayıb. (Marja)