Türkiyə milli valyutası ABŞ dolları qarşısında bir qədər də zəifləyib. FED.az xəbər verir ki, bir qədər əvvəl Asiya birjalarının fəaliyyətə başlaması ilə yeni iş həftəsinə start verilib və lirənin ötən həftənin sonunda müşahidə edilən zəifləməsi bu gün də davam etməyə başlayıb. Nəticədə ABŞ dolları 7 lirəni keçib.
Eləcə də bax: Ərdoğandan açıqlama - "DOLLARDAN İMTİNA EDƏCƏYİK"
FED.az-ın məlumatına görə, hərracların gedişində 1 dollar 7,2 lirəyə qədər yüksəlib, amma sonra bir qədər geriləyərək hələlik 7,1 lirədə sabitləşib.