Azərbaycanın məşhur iqtisadçı professoru Qubad İbadoğlu hazırda ağır iqtisadi durumda olan qardaş Türkiyənin iqtisadi böhrandan çıxması üçün öz köməyini təklif edib.
Bu barədə FED.az-a iqtisadçı özü məlumat verib. Onun sözlərinə görə, Türkiyədə lirənin sürətlə dəyər itirməsinin əsas səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır.
«Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm»-deyə iqtisadçı bildirib.
«Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil»-deyə Qubad İbadoğlu bildirib.
Qeyd edək ki, Qubad İbadoğlu hazırda ABŞ Universitetlərində "Keçid iqtisadiyyatı" fənnini tədris edir. Bundan əvvəl isə Qırğızıstanda aparılan islahatlarla bagli hokumətin məsləhətcisi olub.
Azərbaycan iqtisadçısından Türkiyəyə təklif: «KÖMƏK EDƏ BİLƏRƏM»
20:43
12 Avq 2018