Moskva birjasının valyuta hərraclarında ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 3,45% ucuzlaşaraq 80,33 rubl təşkil edib.
FED.az xəbər verir ki, sonuncu dəfə dolların məzənnəsi 81 rubldan aşağı 23 fevral olub. Saat 11:10-da kimi dolların məzənnəsi 83,34 rubla (+0,17%) yüksəlib, avronun məzənnəsi isə 92,41 rubla (-0,04%) enib.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 20%-dək artırdığından və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlanıb. (Apa)