ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp öndədir. Trampın qələbə qazanması ehtimalı yüksəkdir.
ABŞ prezident seçkiləri və Yaponiyanın valyuta bazarına təsiri
FED.az xəbər verir ki, Trampın öndə olması xəbəri ABŞ dollarının bahalaşmasına səbəb olur.
Donald Trampın Prezident seçilməsi ehtimalının yüksək olması səbəbindən dolların möhkəmlənməsi Meksika pesosu, avro və Yapon yeninə ciddi zərbə vurub.
Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Avro 1,4% ucuzlaşaraq 1,0783 dollara düşüb.
Dolların möhkəmlənməsi ilə Yapon yeninin itkiləri 1 faizi keçib.
Meksika pesosu da 2 faiz ucuzlaşıb.
İndoneziya Mərkəzi Bankı rupinin məzənnəsində volatilliyi azaltmaq üçün lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildirib.
Donald Trampın iqtisadi siyasətlərinin ABŞ iqtisadiyyatını gücləndirəcəyi nəzərdə tutulur. Tramp Çin və Avropa daxil bir sıra ölkələrdən idxal edilən məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməsinin tərəfdarıdır.
Donald Tramp Rusiya Prezidenti Valdimir Putinə bir telefon zəngi ilə Ukraynadakı müharibəni dayandıracağını bildirmişdir. (Marja)