Kamala Harrisin ABŞ prezident seçkilərində qələbəsi Yaponiyanın zəif valyutasını dəstəkləyə bilər. Bunun əksinə, Donald Trampın qələbəsi Tokyoda səhmlərin qiymətini artıraraq yenin daha da zəifləməsinə səbəb ola bilər. Seçkilərin nəticələrinin qeyri-müəyyənliyi, investorlar arasında narahatlıq yaradır, çünki kim qalib gəlsə də, bazar volatilliyi artacaq.
Yapon yeni 38 ilin ən aşağı göstəricisinə çatıb
FED.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.
Harrisin seçilməsi iqtisadi siyasətdə sabitliyi davam etdirə bilər, bu da ABŞ-da faizlərin aşağı düşməsi ilə nəticələnə bilər. Bu isə Yaponiyanın ABŞ ilə gəlir fərqini daraldaraq yenin dəyərinin artmasına səbəb ola bilər. Trampın qayıdışı isə ABŞ iqtisadiyyatını qısa müddətə canlandıraraq, Yaponiyalı ixracatçılar üçün faydalı ola bilər. Lakin yeni ticarət tarifləri tətbiq etməsi, Yaponiyanın səhmləri üçün risk yaradır. Trampın qələbəsi isə, ilk etapda daha güclü dollar və yüksək səhmlər ilə nəticələnə bilər. Lakin yeni tariflərin tətbiqi ilə Yapon şirkətləri üçün çətinliklər yarana bilər, çünki Çin Yaponiyanın ən böyük ixrac bazarıdır.