JPMorgan'ın qlobal valyuta strategiyası hesabatına texniki təhlil əsasında "dollar satıb TL al" tövsiyəsi daxil edilib.
Eləcə də bax: Türkiyənin iri neft şirkətlərinin səhmləri - XALQA SATILACAQ
FED.az xəbər verir ki, məruzədə, "son iki həftədə açıq bir yüksəliş itkisi olduğu" ifadə edilib.
Hesabatda valyutada əhəmiyyətli bir geriləmə riskinin olduğu və bu geri çəkilmə üçün kritik ilk Fibonacci dəstəyi olan 7.1890-nin qırılması lazım olduğu ifadə edilib. Belə bir qırılma daha geniş geriləməyə səbəb ola bilər.
Çərşənbə axşamı günü 7.4068 ilə 7.3714 arasında icra olunmasının ardından günü 7.3901-dən tamamlayan dollar-lirə məzənnəsi, səhər qısa bir müddətə 7.4169 ilə rekord həddə çatdıqdan sonra 7.3975 səviyyəsində sabit qalıb.
Məzənnə Bakı vaxtı ilə saat 09:20-də 7.3617 səviyyələrində olub.
Daha sonra valyuta ucuzlaşmasını sürətlənib. Dollar-lirə məzənnəsi 8 faiz azalma ilə 7.34 səviyyəsinə endikdən sonra itkisinin bir hissəsini geri götürüb.