Qara dənizin Sakarya hövzəsində təbii qaz tapılmasından sonra Türkiyənin iri neft şirkətləri olan BOTAŞ və TPAO-nun səhmləri satışa çıxarılır.
FED.az xəbər verir ki, Xəzinə və Maliyyə Naziri Berat Albayrak bu kəşfin BOTAŞ və TPAO-nun səhmlərinin satışına yol açdığını söyləyib. İki şirkətin nə qədər səhminin satılacağı hələ məlum deyil. Başqa sözlə, bu iki şirkətin səhmlərinin bir hissəsi birjada satılacaq, şirkətlər qismən özəlləşdiriləcək.
Eləcə də bax: Türkiyənin tapdığı qaz yatağının - İQTİSADİ DƏYƏRİ AÇIQLANDI
NTV-yə açıqlamasında Berat Albayrak "Bu son proses həm TPAO, həm də BOTAŞ-ı fərqli bir liqaya aparacaq. Bu kəşflərin yaxın gələcəkdə inkişafı ilə həm TPAO, həm də BOTAŞ-ın balansları əvvəlcə yerli, sonra da xaricdə ola bilər və kütləvi təklif prosesinə yol açacaqdır. "
Albayrak həmçinin təbii qazın Türkiyənin uzunmüddətli qaz idxal etdiyi ölkələrlə iş birliyini inkişaf etdirəcəyini söyləyib.
Albayrak “İllərlə əməkdaşlıq etdiyimiz ölkələr Rusiya və İrandır. Türkiyə bu yeni dövr baxımından bu ölkələrdə yeni əməkdaşlığa səbəb ola biləcək bir proses başladıb. Bəlkə bir istehsalçı ölkə olaraq fərqli əməkdaşlıq edəcəyik. Rusiya ən çətin vaxtlarımızda belə bizi yarı yolda qoymayıb." deyə bildirib.