Çərşənbə axşamı hərracların əvvəlində rublun dollar, avro və yuana nisbətdə ucuzlaşması sürətlənib.
MDB-nin bu ölkəsində dollar qıtlığı yaşanıb - MƏRKƏZİ BANK
FED.az xəbər verir ki, ABŞ dolları oktyabrın 14-dən bəri ilk dəfə 63 rublu, yuan isə 9 rublu ötüb. Avqustun 17-dən bəri ilk dəfə avronun məzənnəsi 65,33 rubl təşkil edib.
Dolların məzənnəsi 82 qəpik artaraq 63,17 rubl, yuanın məzənnəsi 10 qəpik artaraq 9,03 rubl, avronun məzənnəsi isə 33 qəpik artaraq 65,33 rubl təşkil edib. (Marja)