Dollar çərşənbə axşamı günü stabilləşmişdi. Habelə, ABŞ-da prezident kampaniyası ərəfəsində baş verən bir sıra hadisələr bazardakı digər önəmli hadisələri ikinci plana çəkmişdir, investorlar isə H.Klintonun elektron poçtundakı sızıntı ilə bağlı FBR-in yenidən başlatdığı məlumatlar fonunda çox narahatdırlar.
Yaponiya Bankı və Avstraliya Rezerv Bankı isə gözlənildiyi kimi siyasətlərini dəyişmədən saxladı. Yapon tənzimləyicisinin qərarı demək olar ki, yuana təsir etmədi, avstraliya dolları isə MB-nin iclasından sonra cümə axşamı günü pik nöqtəsinə çatdı.
Saat 9.32-də AUD 0.6% artaraq $0,7653 dollara satılırdı. Avstraliya Rezerv Bankı dərəcəni 1.5% səviyyəsində saxladı və bazar bu dərəcənin dekabrda keçiriləcək npvbəti iclasda dəyişəcəyini heç zənn etmir.
Yaponiya Bankı inflyasiya proqnozlarının aşağı düşməsinə və qiymət proqnozu üzrə risklər barədə xəbərdarlıqlara baxmayaraq stimullaşdırma tədbirlərini genişləndirməkdən hələlik vaz keçdi.
Dollar ticarət sessiyası gedişində bir qədər bahalaşaraq 104.82 yuandan satılırdı, lakin cümə günü olan üçaylıq maksimumuna (105,54) çata bilməmişdi.
İnvestorların əhvallarına təsir edən əsas faktor ABŞ-da qarşıdan glən prezident seçkiləridir. Bəziləri narahatdırlar ki, səsvermənin yekunları üzrə gözlənilməz nəticə çıxarsa, Fedrezerv faiz dərəcələrini bu il qaldırmaq niyyətindən vaz keçə bilər.
investing.com©