BK Asset Management şirkətinin valyuta strategiyaları departamentinin icraçı direktoru Keti Lienin fikrincə, ABŞ dolları düşməyə davam edərsə onu almaq məsləhətdir. Onun belə düşünməsinə səbəb isə məhz sentyabrda FRS toplantısının sonuncu protokoluna əsasən Federal rezerv sisteminin faiz dərəcələrini artırmaq həddinə yaxınlaşması idi.
Hələ protokol çıxmazdan əvvəl bəlli idi ki, FRS-in monetar siyasət üzrə komitəsinin 3 üzvü faiz dərəcələrinin artması lehinə səs vermiş və onların qəti mövqeyi protokolda bəlli olacaqdı. Bundan əlavə, "rəsmilərdən bir neçəsi artımın çox tez bir zamanda münasib olacağını bildirmişdi", yəni Ester Corc, Rozetta Mester və Erik Rozenqren faiz dərəcələrinin artması lehinə olan yeganə insanlar deyildi.
Habelə, aşağı inflyasiya, əmək bazarındakı aşağı göstəricilərə dair fikir ayrılıqları və qlobal risklərə dair qorxular faiz dərəcələrinin artmasına mane oldu. "Rəsmilərin böyük qismi riskləri az balanslaşdırılmış hesab etdi" və buna görə də dərəcələri dəyişməmək qərarına gəldi.
FRS toplantı protokolunun çıxış gözləntisi fonunda qəfil artan dollar elə qəfil şəkildə də düşdü. İnflyasiya ilə bağlı davam edən daimi təhlükələr və mərkəzi bank daxilində dəyişməyən fikirayrılıqları investorlara günün sonunda USD/JPY artımı nəticəsində gəlirləri möhkənləndirmək imkanı verdi. Federal fonddakı fyuçerslərə görə dekabrda faiz dərəcələrinin artımı ehtimalı dəyişməmiş, lakin ABŞ dollarının bu həftə necə güclü artdığını nəzərə alaraq, Asiya və ya Avropa ticarət sessiyaları gedişində korreksiyanın edilməsi mümkündür. O baş verərsə, USD/JPY valyutasını 104-dən aşağı qiymətdə və USD/CAD valyutasını 1.32-dən aşağı almaq fikri çox xoşagələndir, çünki gəlirlilik spredləri hər iki valyutanın güclənməsinə işarə edir.
Yaponiya stimullaşdırma həcmini artırmaq vədini vermişdi və analitiklər düşünürlər ki, neft qiymətləri OPEK ölkələri arasındakı daimi fikirayrılıqlarına görə pik nöqtəsinə çatmışdı. Dünən ABŞ-da heç bir zəruri iqtisadi hadisə baş vermədi, lakin Nyu-York və Kanzas-Siti federal rezerv bank prezidentlərinin, yəni Uilyam Ddli və Ester Corcun, çıxışları isə bazara təsir göstərməmişdi. Bugün Filadelfiya və Minneapolis federal rezerv banklarının prezidentləri olan Patrik Xarker və Nil Kaşkari çıxış edəcək, lakin onlar monetar siyasət üzrə FRS toplantılarında səs hüquqlarına malik deyillər.
Dünən ən yaxşı nəticələri britan funtu göstərmişdi. Əvvəlki qeydlərində bəzi analitiklər yazırdılar ki, əgər baş nazir Tereza Mey Britaniyanın Aİ-dən çıxma şərtlərinin müzakirə oluna biləcəyini deməsə, o zaman funt düşməyə davam edəcəkdir", habelə o, məhz belə etdi. Mey Britaniyanın Aİ-dən çıxma məsələsini parlamentdə səsverməyə çıxarmağa razılaşdı və dünən ilk debatlar keçirildi. Bəziləri ümid edir ki, bu, Aİ-dən çıxma qərarından imtina deməkdir, əslində isə bu, sərt və yumşaq çıxış arasında fərq demək olacaq. Parlament müqavimət göstərərsə, funt artacaq və əgər Mey öz fikrində təkid etsə o zaman funt düşəcəkdir. İstənilən halda analitiklərin fikrincə funtu satmaq məsləhət görülür, lakin EUR/GBP valyutasının 90 sentdən aşağı düşəcəyi təqdirdə onu almaq, 1,23 və 1,2450 diapazonunda isə GBP/USD valyutasını satmaq məsləhət görülür. Cümə günü funtun düşməsi GBP/USD üçün yeni dəhliz yaratdı.
EUR/USD dünən 1.10 qiymətinə yaxınlaşaraq şimali amerika ticarət sessiyasını bundan bir az yuxarı qiymətə bitirmiş oldu və bununla da iyul ayından bəri ən aşağı həddinə çatdı. Avrozonada sənaye istehsalının həcmi 1.6%-ədək artdı və bu da gözləntilərdən bir az yuxarı idi. Topdan satış qiymətləri Almaniyada keçən ay 0.7% düşdükdən sonra bu ay 0.4% artdı. Avropa Mərkəzi Bankının yuxarı rütbəli rəsmilərindən biri olan Benua Kere Yunanıstanın borc yükünün qəbul edilə bilinməsi barədə ciddi şübhələrə malikdir və ümudvardır ki, Beynəlxalq valyuta fondu bu və ya digər formada borcun azaldılmasına dəstək olacaqdır. Təəssüflər olsun ki, dünən avronun hərəkəti çıxan məlumatlardan deyil, alman və amerikan dövlət istiqrazlarının gəlirliliyi arasındakı spreddən və dollara olan kütləvi tələbatdan asılı idi. İkiillik istiqrazların gəlirliliyi arasındakı spred son 10 ildə ən aşağı səviyyəsinə düşmüşdür. O cümlədən avro nə qədər aşağı düşərsə, bu vəziyyət avrozona iqtisadiyyatının xeyrinədir. Müsbət məlumatların cari axını valyuta zəifləməsi fonunda qorunub saxlanılmalıdır və baxmayaraq ki,valyutanın 1.10-dan aşağı düşməsi labüd görünür, analitiklərin fikrincə bu səviyyədən də aşağı heç bir nəzərəçarpan itki üz verməyəcəkdir. Bugün avrozonada heç bir əsas iqtisadi hesabatların olması gözlənilmir.
Kanada dolları dünən ABŞ dollarına münasibətdə nəzərəçarpan dərəcədə aşağı düşmüşdü və lakin avstraliya və yeni zelandiya dollarları isə qalxmışdı. CAD 1%-dən artıq aşağı düşən və günü bir barel 50 dollara yaxın başa vuran neftə görə təzyiqə məruz qaldı. OPEKin aylıq hesabatı kartelin orta hesabla günə 33.39 milyon barel istehsal etməsini göstərdikdə neft qiymətləri düşməyə başladı, çünki bu göstərici bir ay bundan əvvəlin göstəricisi ilə müqayisədə 220 min barel artıq idi. Bu səviyyə Əlcəzairdə təklif edilmiş səviyyədən yüksək idi və o deməkdir ki, istehsal həcminin dondurulması deyil, azaldılması lazım olacaqdır. Habelə, Rusiya prezidenti Vladimir Putin dünən elan etdi ki, Rusiyanın istehsal həcmini azaltmasına deyil, dondurmasına ehtiyac görür. Bu ziddiyyətli fikirlər isə neft qiymətlərinə təbii ki, təsirsiz ötüşmür və öz təzyiqini göstərir. Avstraliya və Yeni Zelandiya dollarları ABŞ-da məşğulluq barədə hesabatlar çıxdıqdan sonra öz mövqeləini qoruyub saxlaya bildilər. AUD proqnozlaşdırılan göstəricilərdən də yaxşı nəticələr göstərməyə başladı və artdı. Westpac-dən alınan istehlakçı əhval-ruhiyyəsi indeksi 0.3%-dən 1.1%-dək qalxdı. Bugün Yeni Zelandiyada istehsal fəallığı indeksi çıxacaqdır, Çin isə ticarət balansına dair məlumatları dərc edəcəkdir.
Dollar düşməyə davam edərsə, onu alın
10:26
13 Okt 2016