Bugünki asiya ticarət sessiyası gedişində ABŞ dolları avroya münasibətdə bahalaşır və bununla da dekabrda FRS-in faiz dərəcələrini qaldıracağı ümidilə mart ayından bəri maksimal qiymətində qalır.
Oktyabrda dünyanın aparıcı valyutalarına münasibətdə dollar artım nümayiş etdirmişdi və dollar indeksi üçün Bloomberg bu ay 2008-ci ildən bəri müşahidə olunan ən yaxşı ay hesab olunur, onun indikatoru 2.2% artmışdı.
Saat 10:25-də avro Şimali Amerika bazarının bağlanış sessiyası ilə müqayisədə olan qiymətdən ($1,0981) daha yuxarı olmuş və $1,0969 dəyərində saxlanılmışdı.
FRS-in faiz dərəcələrini ilin axırınadək qaldırması ehtimalı sentyabrın axırından (60%) bəri 71.4%-ə qalxmışdır. Bazardakı əminliyi son günlərdə nəşr edilən müsbət məlumatlardan, eləcə də 3-cü rübdə ABŞ ÜDM-nin dinamikası və sentyabrda amerikanların gəlir və xərcləri barədə məlumatlardan da görmək olar.
Dolların yuana qarşı kursu stabil olaraq - 104,82-yə qarşı 104,80 yuan şəklində - qalır.
investing.com©