Bu gün Moskva birjasında keçirilən hərrac zamanı ABŞ dollarının məzənnəsi 2015-ci ilin iyul ayından etibarən ilk dəfə 58 rubldan aşağı düşüb. "APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, avronun məzənnəsi isə 62 rubldan aşağıdır.
Rublun möhkəmlənməsinə səbəb kimi Brent markalı neftin 1 barelinin qiymətinin 56 dollardan yuxarı olması və Rusiya Mərkəzi Bankının monetar siyasəti göstərilir.