Rusiya rublu dollar və avro qarşısında dəyər itirməkdədir.
FED.az xəbər verir ki, bu gün Forex bazarında dollar rubl qarşısında bir qədər də yüksələrək 154 rubla yüksəlib.
Bu – dolların rubl qarşısında tarixi maksimum məzənnəsidir.
Bir gün ərzində dollar rubl qarşısında 26% bahalaşıb. Avro isə 47%-dən çox bahalaşaraq 168 rublu keçib.
Rublun zəifləməsi Rusiyanın Ukraynaya hücumu və qərbin tətbiq etdiyi sanksiyalara görə baş verir.