Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 235 mln. 5,4 min manat vəsait daxil olub. Komitənin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 34 mln. 199,7 min manat və ya 17,31% çoxdur.
Ötən ilin noyabr ayı ilə müqayisədə isə daxilolmalar 15 mln. 389,1 min manat və ya 7% çoxdur.
Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 53 mln. 337,8 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 158 mln. 553,2 min manat, aksizlər üzrə 5 mln. 37,7 min manat, yol vergisi üzrə isə 2 mln. 687,6 min manat təşkil edib.