Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 15 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 mln. manat təşkil edib.
FED.az AMB-yə istinadən xəbər verir ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,00% olub.