Dünya Bankı 2017-ci ildə Azərbaycan iqtisadiyyatının 1,2% böyüyəcəyini proqnozlaşdırıb.
"APA-Economics" DB-nin açıqladığı hesabata istinadən xəbər verir ki, bankın proqnozlarına əsasən, gələn il artım 2,3% olaraq.
Bununla yanaşı, DB bu il Azərbaycanda inflyasiyanın 2,4% təşkil edəcəyini proqnozlaşdırır. Bankirlərin proqnozuna görə, 2018-ci ildə ölkəmizdə inflyasiya 2,1% səviyyəsində olacaq.
Maraqlıdır ki, bundan öncə DB 2017-ci ildə Azərbaycanda inflyasiyanın 4,1% olacağını proqnozlaşdırıb.