Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır.
Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Nazir bildirib ki, buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı ilin yanvarında buğdanın idxalı və satışı, həmçinin un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonunadək başa çatmalıdır.