Coca-Cola (NYSE: Coca-Cola Company `KO`) öz rüblük gəlirini açıqladı. Onun rüblük gəliri gözlənildiyindən də artıq idi. İstehsalçının maliyyə nəticələri qazlı içkilərin qiymətindəki artım, eləcə də Şimali Amerikada su və idman içkilərinə yaranan güclü tələbatın hesabına yaxşılaşdı.
Habelə, Coca-Cola səhmdarlarının payına düşən xalis gəlir bir il əvvəl ilə müqayisədə 1.45 milyard dollardan (bir səhm üzrə 0.33 dollardan) düşərək 1.05 milyard dollara qədər (bir səhm üzrə 0.24 dollaradək) azalmışdı. Balansdakı birdəfəlik maddələri nəzərə almasaq, şirkət bir səhm üzrə 0.49 dollar qazanmışdır deyə bilərik.
Xalis əməliyyat gəliri 7% azalaraq 10.63 milyard dollara çatmışdı.Artıq 6-cı rübdür ki, ardıcıl şəkildə göstəricinin azalmasını müşahidə etmək olur. Xəbər agentliyi tərəfindən sorğulanan analitiklər orta hesabla 10.51 milyard dollar gəlir olarsa bir səhm üzrə 0.48 dollar həcmində korreksiya edilmiş gəlir proqnozlaşdırırdılar.
Coca-Cola şirkətinin strategiyası qiymətləri qaldıraraq, kiçik həcmli qablaşdırmalar və daha bahalı qablaşdırmalar (məsələn: şüşə və alümin bankalar) hesabına inkişaf etmiş bazarlarda gəliri və ya qazancı artırmaqdan ibarətdir.
insider.pro©
Coca-Cola şirkətinin rüblük gəliri verilən proqnozları geridə qoydu
12:29
27 Okt 2016