2016-cı ilin dekabr ayında Çinin valyuta ehtiyatları 3,01 trln. dollar səviyyəsinə enib. "Prime" agentliyinin yaydığı xəbərə görə, ötən ilin son ayında Çinin valyuta ehtiyatları 41 mlrd. dollar azalıb.
Beləliklə, Asiya ölkəsinin valyuta ehtiyatları 2011-ci ilin fevral ayının səviyyəsinədək geriləyib.
Maraqlıdır ki, iqtisadçılar Çinin valyuta ehtiyatlarının dekabrda 51 mlrd. dollar azalacağını proqnozlaşdırıb.
Ümumilikdə, ötən il Çinin valyuta ehtiyatları 513 mlrd. dollar azalıb ki, bu da rekord göstəricidir.
Apa©