Dollar Çindən cümə axşamı günü gələn zəif ticarət məlumatları fonunda öz 2.5 aylıq maksimumundan uzaqlaşmağa başladı. Buna səbəb isə dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkə olan Çinin ticarət məlumatlarına dair yaranan yeni qorxular oldu.
Ticarətin gedişi prossində dollar 103,555 yuanadək düşmuş və iyulun sonundakı maksimumu olan sessiya pikindəki 104,635 yuana qarşı 1% zəifləmişdi.
Moskva vaxtı ilə saat 8.25-də dollar 103,81 yuana verilirdi, bu isə çərşənbə günü sessiyasının bağlanması zamanı qeydə alınan səviyyədən 0.4% aşağı hədd deməkdir.
Məlumatlar yuanlarla edilən Çin ixracatının illik münasibətdə sentyabrda 5.6%-ədək aşağı düşməsini göstərdikdə təhlükəsiz yuan artım nümayiş etdirdi. Daha sonra isə məlumatlar dollarla edilən ixracatın 10%-dək düşməsini göstərdi və bu da analitiklərin proqnozlarından daha da aşağı idi.
Çin idxalı avqustda artım nümayiş etdirdikdən sonra 1.9%-dək aşağı düşdü və bununla da iqtisadiyyatın stabilləşdirilməsi üzrə olan son əlamətlərin uzunmüddətli olmayacağına işarə etdi.
Əsas valyuta səbətində isə dollar 97,914 səviyyəsində idi və 7 aylıq pikindən, yəni 98,122 səviyyəsindən çox uzaqlaşmışdı.
Dollara dəstəyi dekabrda FRS faiz dərəcələrinin artması ilə bağlı gözləntilər verirdi.
Fedrezervin səs hüququ olan bir neçə üzvü ABŞ iqtisadiyyatının güclənməyə davam edəcəyi təqdirdə faiz dərəcələrinin artması məsələsinin "müqayisəvi şəkildə tez bir zamanda" baş verəcəyini düşünürlər. Halbuki, inflyasiya templəri barədə bir sıra şübhələr hələ də vardır və bunu da çərşənbə günü dərc edilən sentyabr iclasının protokolu açıq-aydın göstərir.
İyul ayının sonundan bəri müşahidə edilən minimumundan $1,1002 enmədən sonra avro 0.1% artaraq $1,1016 təşkil etdi.
Funt sterlinq də çərşənbə günü 0.7% qalxdıqdan sonra 0.1%-ədək enib $1,2188 təşkil etdi.
Yuan dollara qarşı 6,7260 dollaradək zəiflədi. Bu hadisə çin MB-nın ardıcıl olaraq 7-ci sessiya dalbadal rəsmi şəkildə orta mübadilə kursunu aşağı salmasından sonra baş verdi.
investing.com©