Çində 40 milyard dollarlıq müqavilələr imzalanıb
16:08
7 Noy 2016
Çinin Cuxay şəhərində keçirilmiş 11-ci Çin beynəlxalq aviasiya və kosmonavtika sərgisində ümumi dəyəri 40 milyard ABŞ dollarından çox olan 402 alqı-satqı razılaşması, o cümlədən 187 ədəd təyyarə sifarişi üzrə müqavilə imzalanıb. Təyyarə satışı üzrə ən çox sifarişi Çinin “COMAC” şirkəti qəbul edib. Belə ki, şirkət 40 ədəd ARJ21-700 və 56 ədəd C919 sərnişin təyyarələrinin satışı üzrə müqavilə imzalayıb.
Hər il ənənəvi keçirilən sərgidə bu dəfə 42 ölkə təmsil olunub, ziyarətçilərin ümumi sayı 400 minə yaxın olub. Sərgidə həm mülki, həm də hərbi texnika nümayiş olunub.
Sərgi çərçivəsində keçirilmiş aviasiya şousunda Çin, Rusiya, Böyük Britaniya və Pakistandan 151 təyyarə iştirak edib.