Braziliyanın maliyyə naziri Paulu Qedes Cənubi Amerika ölkələri üçün vahid valyutanın yaradılmasını təklif edib.
Rəsmi məzənnələr - AÇIQLANDI
FED.az-ın məlumatına görə, nazir bildirib ki, 15-20 ildən sonra dünyada 5-6 əsas valyuta qalacaq. Bunlar avro, Çinin valyutası olan yuan və dollardır: «biz Avropanın nümunəsindən istifadə etməliyik. Avropa əvvəlcə ölkələr arasında ümumi bazar yaratdı, sonra vahid valyutaya, daha sonra isə monetar ittifaqa keçdi. Bu faktiki olaraq Avropa birləşmiş Ştatları deməkdir».
Braziliyalı nazirin fikrincə, vahid valyuta Cənubi Amerika üçün faydalı olacaq və regiondakı problemlərin həllinə kömək edəcək.
«Argentina 50%-lik inflyasiya nəticəsində faktiki olaraq valyutasını itirib, Venesuelada hiperinflyasiyadır, Eksvador dollara keçməyə məcbur olub. Gələcəkdə vahid valyuta yolunu seçmək lazımdır»-deyə nazir bildirib.
Onun sözlərinə görə, bir qədər əvvəl müstəqillik əldə etmiş Braziliya Mərkəzi Bankı valyuta inteqrasiyasında əsas rol oynamağa hazırdır.