Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardın xidməti səhlənkarlıq ittihamı üzrə məhkəməsi keçiriləcək.
Bu barədə “France 2” telekanalı məlumat yayıb.
Xanım Laqard özünü günahkar saymağını söyləyib: “Fikrimcə, bizim hamımız hərdən səhlənkar oluruq. Mən biliklərim səviyyəsində öz işimi bacardığım qədər yaxşı icra etmişəm“.
K. Laqard xidməti səhlənkarlıq ittihamı üzrə günahkar hesab edilsə, onu 2 ilədək azadlıqdan məhrumetmə və 15 min avroluq cərimə ödəyə gözləyir.
Qeyd edək ki, K. Laqard Bernar Tapi adlı iş adamına təşkilatın büdcəsindən 400 milyon avro vəsait ayırıb. Beynəlxalq təşkilatın İcraçı Şurası K. Laqardın səlahiyyətlərini aşmadığında əmin olduğunu açıqlayıb. Məhkəmə prosesi dekabrın 20-dək davam edəcək.
Apa©