Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, ölkələr artan ərzaq və enerji qiymətlərinə nəzarət etmək cəhdlərini dayandırmalı, bunun əvəzinə "ən həssas təbəqələri qorumalı" və ən aşağı gəlirli qrupları dəstəkləməlidir.
Eləcə də bax: Dünya Bankı ərzaq böhranının qarşısını almaq üçün 30 milyard dollar - AYIRACAQ
FED.az xəbər verir ki, BVF iqtisadçıları David Amaglobeli, Emine Hanedar, Gee Hee Hong və Céline Thévenot tərəfindən qələmə alınan hesabatda BVF, "Ölkələr daxili qiymətlərin beynəlxalq qiymətlərə uyğun olmasına imkan verməyə diqqət etməlidirlər",- qeyd ediblər.
Hesabatda qiymətləri aşağı saxlamağı çalışmağın büdcələrə baha başa gəldiyi vurğulanır: “Yüksək enerji qiymətləri enerjidən daha səmərəli istifadəyə və bərpa olunan enerjiyə investisiyalara səbəb olur; yüksək ərzaq qiymətləri daha çox kənd təsərrüfatı istehsalını təşviq etməlidir. Buna görə də, xüsusilə ərzaq təhlükəsizliyinin narahatlıq doğurduğu yerlərdə, əsas ərzaq məhsullarına əlçatan çıxışa üstünlük verilməlidir”. Hesabatda vuröulanıb ki, vergi güzəştləri və dövlət subsidiyaları əvəzinə aşağı gəlirli qruplara birbaşa pul yardımları və ya digər məqsədyönlü vasitələr təklif edilməlidir.
Fond həmçinin bu təcrübənin qlobal ərzaq təhlükəsizliyinə zərər verə biləcəyini və “xüsusilə də qlobal bazarda əhəmiyyətli paya malik olan ölkələr tərəfindən həyata keçirilərsə, əlavə qiymət təzyiqi yarada biləcəyini” iddia edərək, ixrac məhdudiyyətləri tətbiq etməkdən çəkinməyə çağırıb. (Marja)