Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin yaydığı sahibkarlara dəstək mexanizmində qeyd olunub.
Eləcə də bax: Muzdlu işçilərə ödəmələr nə vaxt veriləcək? - Nazirlik açıqladı
Bildirilir ki, əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.
Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Qafqazinfo