Yanvar-aprel aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
Bu barədə FED.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Belə ki, 2017-ci ilin yanvar-aprel ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 256 milyon 748 min manat məbləğində vəsait ödəniib. Bu isə Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 106,3% əməl olunduğunun göstəricisidir.
Bu il vergi ödəyiciləri dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait ödəyib
17:04
5 May 2017