Rusiyalı ekspertlər 2023-cü ildə dolların rubl qarşısında bahalaşacağını bildirirlər.
FED.az xəbər verir ki, bu il ərzində rubl dollar qarşısında tədricən zəifləyəcək və böyük ehtimalla dollar 85 rubla yüksələcək.
Bu barədə Rusiya Elmlər Akademiyasının iqtisadiyyat institutunun baş elmi işçisi İqor Nikolayev bildirib.
«Bu yaxın gələcəkdə baş verməyəcək, amma 2023-cü ildə baş verə bilər»-deyə ekspert bildirib.
Onu sözlərinə görə, rubl ona görə zəifləyə bilər ki, sanksiyalar səbəbindən ölkənin ixrac gəlirləri azalır, Rusiyaya gətirilən malların qiyməti isə artır. «Özü də bu proses hələ indi sürətlənməyə başlayıb.
Ona görə də əlavə yeni amillər təsir etməsə, dollar 85 rubladək yüksələcək».