2021-ci ilin iyulun 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artaraq 2,558 mlrd. manata çatıb.
Eləcə də bax: Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı - Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,1% azalıb. İlin əvvəlindən isə bu göstərici 1,9% azalıb.
Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,8 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi azalıb, illik müqayisədə isə 0,3 faiz bəndi artıb. (Apa)