Bu ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 mln. 989 min 636 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 17,13% azdır.
"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar ayı ilə müqayisədə ötən ay neft nəqli 17,52% azalıb.
Bu ilin yanvar-fevral aylarında kəmərlə 4 mln. 401 min 899 ton neft ötürülüb ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 6,13% azdır.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il mart ayının 1-ə qədər BTC-yə 325 mln. 939 min 961 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin fevral ayında BTC kəməri ilə 571 min 860 ton Türkmənistan nefti nəql olunub.