Bugün ABŞ-da ehtiyatların artması barədə məlumatlar fonunda neftin qiyməti ucuzlaşmağa davam edir və beləliklə, Brent markalı neftin qiyməti düşərək bir barelə 50 dollar təşkil etmişdi.
Brent markalı neftin dekabr fyuçersləri Londonun ICE Futures birjasında Moskva vaxtı ilə saat 14:36-da 0.82 dollar (və ya 1.61%) ucuzlaşaraq bir barelə 49.97 dollar təşkil etdi.
Dekabr üzrə WTI markalı neft fyuçerslərinin kotirovkaları isə elektron ticarət sövdələşmələrinin aparıldığı Nyu-York əmtəə birjasında (NYMEX) yuxarıda göstərilən vaxta 0.78 dollar (və ya 1.56%) aşağı düşərək bir bareli 49.18 dollar təşkil etdi.
investing.com©