Reuters agentliyinin verdiyi məlumata görə Boeing (NYSE: Boeing Company `BA`) çərşənbə günü rüblük gəlirinin 33.7%-dək artdığını qeyd etdi və kommersiya tipli təyyarələrin çatdırılmasının illik proqnozunu artırmış oldu.
Dünyanın iri aviaistehsalçısı kommersiya tipli təyyarələrin sayını 745-dən 750-yə çatdırmağı planlaşdırır, əvvəllər isə bu rəqəm 740-745 diapazonunda dəyişirdi.
Nəticədə, gəlir 500 milyon dollaradək artaraq şirkəti ilin sonunadək gəlirin hədəf göstəricisini 93.5-95.5 milyard dollara qədər artırmağa sövq edəcəkdir.
Boeing 3-cü rübdə bir il bundan əvvəlki göstərici (1.70 milyard dollara və ya bir səhm üzrə 2.47 dollara qarşı) ilə müqayisədə 2.28 milyard və ya bir səhm üzrə 3.60 dollar qazanmışdı.
Pensiya xərclərini və digər xərcləri çıxmaqla bir səhmin baza qazancı 2.52 dollardan 3.51 dollaradək artmışdı.
Gəlir 25.85 milyard dollardan 23.90 milyard dollaradək düşmüşdü.
insider.pro©
"Boeing"in rüblük gəliri 34% artıb
11:13
27 Okt 2016