Beynəlxalq Valyuta Fondunun Parisdəki ofisində partlayış baş verib.
“Bloomberght.com” saytının yazdığına görə, hadisə nəticəsində bir nəfər yaralanıb.
Partlayış fonda göndərilmiş zərfin açılması zamanı baş verib.
Hadisədən sonra hüquq-mühafizə orqanları geniş əməliyyat-axtarış tədbirlərinə başlayıb.