3-cü rüb üzrə artım barədə məlumatların verilməsinə və 23 iyun referendumunun bilavasitə nəticələrindən BB-nin çıxa bilməsinə baxmayaraq, cümə axşamı günü funt dollara nisbətən aşağı düşdü.
GBP/USD cütü əvvəlcədən 1.2271 maksimumuna çatdı, daha sonra isə 1.2222 rəqəminə qayıtdı.
Milli statistika idarəsi bildirdi ki, BB-nin ÜDM-i son üç ayda artmış və 30 sentyabr tarixində 0.3% artım proqnozunu ötüb keçərək 0.5%-ə qalxmışdı. Əvvəlki rübdə BB iqtisadiyyatının artımı 0.7% təşkil etmişdi.
İllik ekvivalentdə BB-nin ÜDM-i 3-cü rübdə 2.3% təşkil etmişdi və bu da verilən 2.1% proqnozundan artıqdır. 2-ci rübdə BB iqtisadiyyatı illik anlamda 2.1% artmışdı.
Sterlinq avroya münasibətdə də həmçinin zəifləmiş, EUR/GBP cütü 0.21% qalxaraq 0,8926-ya çatmışdı.
investing.com©