Alman farmaseptik şirkəti Bayer-in gəliri verilən proqnozları üçüncü rübdə ötüb keçdi. Bu, ticarət xərclərinin məhdudlaşdırılması və kənd təsərrüfatında pestisidlərin qiymətinin artırılması sayəsində baş verdi.
Vergidən, faizlərdən, aşınmadan və amortizasiyadan (EBITDA) əvvəl gəlir birdəfəlik maddələri nəzərə almaqla 6% artaraq 2.68 milyard avro (2.92 milyard dollar) oldu, halbuki Reuters tərəfindən aparılan sorğu nəticəsində analitiklərin verdiyi ortalama proqnozda bu rəqəm 2.52 milyard avro təşkil edirdi.
Reseptlə satılan preparatların satışı isə 7%-dən çox artdı və bu, insultun profilaktikası üçün nəzərdə tutulan Ksarelto və göz müalicəsi üçün nəzərdə tutulan Eylea dərmanları sayəsində baş verdi. Bu göstərici ümumilikdə analitiklərin proqnozu ilə üst-üstə düşürdü, lakin şirkətlər ticarət xərclərini qəfil əvvəlki səviyyədə saxlaya bildilər.
investing.com©