"Bu günə kapitallaşma proqramı başa çatıb. Bəzi banklar bunu ilin sonundadək tamamlamaq öhdəliyini götürüb".
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında deyib.
"Bankların diaqnostikası aparılıb, kapital yetərsizliyi olan banklar müəyyən edilib. Bu günə kapitallaşma proqramı başa çatıb", - deyə R.Aslanlı bildirib.
R.Aslanlı həmçinin qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu da kifayət qədər maliyyələşdirilməlidir.