Azərbaycanın bank sektoru cari ilin fevral ayını 50 mln. manatlıq xalis mənfəətlə başa vurub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, hesabat dövründə bankların faiz gəlirləri 348,8 mln. manat, qeyri-faiz gəlirləri 163,8 mln. manat, o cümlədən kreditlər üzrə faizlər 258,6 mln. manat təşkil edib. Martın 1-ə bankların faiz xərcləri 170,6 mln. manat olub. Kommersiya bankları depozitlər üzrə faizlərə 66,6 mln. manat sərf edib. Maliyyə təşkilatlarının qeyri-faiz xərcləri 144,7 mln. manat təşkil edib.
Banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 143,6 mln. manat ayırıb.
Ümumiyyətlə, fevral ayında banklar əməliyyatlar üzrə 197,3 mln. manat mənfəət qazanıb.