Bank VTB (Azərbaycan) yeni “Fərdi bank seyfləri” məhsulu ilə qiymətli əşyaların etibarlı qorunmasını təklif edir. Bankın müştəriləri pulların, qiymətli kağızların, sənədlərin, zinət və AR qanunvericiliyi ilə qadağan olunmayan digər əşyaların saxlanılması üçün müxtəlif ölçülü seyf qutularını icarəyə götürə bilər. İcarə müddəti 1 gündən başlayır, maksimal müddət isə 12 aydır.
Bank, seyflərin tam toxunulmazlığına və mühafizəsinə zəmanət verir. Fərdi seyf qutusunda saxlanan dəyərli əşyaların təhlükəsizliyi “iki açar prinsipi” ilə (bankın açarı və müştərinin açarı) maksimal dərəcədə təmin olunur. Seyfin açarı icarəçidə və ya onun səlahiyyətli nümayəndəsində olur. Müştəri seyfdən istifadə etmək hüququnu öz nümayəndəsinə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında verir.
Bankın müştəriləri seyfi H. Cavid, 32 ünvanında, “Elmlər Akademiyasının” qarşısında yerləşən VTB (Azərbaycan)-ın yeni “Elmlər” filialında icarəyə götürə bilər. Əlavə məlumatı bankın saytında və ya 24 saat xidmət göstərən 986 (Azercell abunəçiləri üçün - 012 986) nömrəli Çağrı Mərkəzindən almaq mümkündür.